I Liqada “Ayın qolu” layihəsi çərçivəsində dekabr ayının ən yaxşı qolunun müəllifi olan “Cəbrayıl”lı Bilal İsmayılov mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Futbolçuya mükafatları I Liqada XII turun “Qaradağ Lökbatan” – “Cəbrayıl” oyunundan (2:0) əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.