"İmişli” baş məşqçisi Fərid Namazovla yolları ayırıb.
Birinci Liqanın 12-ci turunda MOİK-ə məğlubiyyətdən (3:4) sonra bölgə klubunun rəhbərliyi bu addımı atıb.
Gənc məşqçi ötən yaydan aran təmsilçisini çalışdırırdı.
Çempionluğa iddialı "İmişli" onun rəhbərliyi altında keçirdiyi 12 matçda aktivinə 21 xal yazdırıb.
Kollektiv turnir cədvəlində üçüncü pillədə qərarlaşır.
Namazov karyerası ərzində “Səbail”, “Qarabağ” kimi klublarda məşqçi kimi çalışıb, son olaraq isə Azərbaycan U-19 komandasında məşqçi kimi və eyni zamanda AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı kimi çalışıb.
SPORTİNFO.AZ