COP29

ŞOK AÇIQLAMA! “Çıxıb getdilər, 600-700 min büdcəylə Premyer Liqaya iddia edə bilməzsən”

25 Yanvar 09:40 I Divizion 1 339
ŞOK AÇIQLAMA! “Çıxıb getdilər, 600-700 min büdcəylə Premyer Liqaya iddia edə bilməzsən”

«Açığnı deyim ki, mən komandanın bu mövsüm iddialı ola biləcəyini gözləmirəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın İdarə Heyətinin üzvü Musa Qurbanov deyib.

Təcrubəli futbol adamı I Liqada mübarizə aparan və 11 turdan sonra 16 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşmış kollektivin maliyyə durumunun kifayət qədər çətin olduğunu söyləyib:

«Ötən ilin əvvəlində Futbolun İnkişaf Fondu tərəfindən «Biznes-klub» layihəsi başladıldı. İlkin mərhələdə Zaqataladan 10-12 iş adamı, imkanlı şəxs bu layihəyə cəlb olundu.

Biz gözləyirdik ki, kluba dəstək verəcək insanların sayı get-gedə artacaq, problemlər həllini tapacaq. Amma əksi oldu.

Layihəyə qoşulanların əksəriyyəti bu gün ortalıqda yoxdur. Cəmi 2-3 nəfər qalıb.

Onların köməyi ilə «Zaqatala»nı üzləşdiyi vəziyyətdən çıxarmaq qeyri-mümkündür. Başqa vaxt çoxları öz doğma rayonuna sevgisindən, ona təəssübündən danışır.

Bu, sözdə belədir, əmələ gələndə isə… «Zaqatala»da problemlər çoxdur.

İdarə Heyətinin sədri Şaban Şirdanov özünü çox ora-bura vurur. Mən onun necə əziyyət çəkdiyini görürəm.

Hara gedir, quru söz alır, kömək isə yoxdur. Bu səbəbdən də komandadan çox şey gözləməyə dəyməz.

Belə şəraitdə nə çempionluq uğrunda mübarizə aparmaq ümmkündür, nə də irəli getmək. İddialı olmaq üçün AFFA-nın verdiyi 300 mindən başqa, azı iki-üç dəfə artıq vəsait tapmalısan.

Heç 600-700 min manat büdcəylə Premyer Liqaya iddia edə bilməzsən. Hər sahədə olduğu kimi, futbolda da qyimətlər sürətlə artır, xərclər çoxalır.

Yay-qış komandadan getmək istəyənlər olur. Məşqçiləri də başa düşürəm, hər dəfə yeni heyət yığmaq məcburiyyətində qalırlar.

Büdcə aşağı olduğundan, heç kim əvvəlki maaşla qalıb oynamaq istəmir».

Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 18:50 "Uduzulacaq oyun deyildi"