"Cəbrayıl" baş məşqçisi Elhad Nəziri ilə yollarını ayırıb.
Bu barədə mütəxəssis öz sosial şəbəkə hesablarında paylaşım edib.
O, öz istəyi ilə vəzifəsindən getdiyini bildirib. E.Nəziri "Cəbrayıl"a təşəkkür eləyib və uğurlar arzulayıb.
E.Nəziri ötən ilin iyul ayından "Cəbrayıl"ın baş məşqçisi idi. Hazırda komanda I Liqanın turnir cədvəlində 14 xalla 5-cidir.
Bu ayrılıq gənc mütəxəssislə klub rəsmiləri arasında ciddi fikir ayrlığının nəticəsidir. Yönətim komandanın aylıq büdcəsini aşağı salıb, futbolçuların maaşını kəsib.
Onlar Nəzirinin düşərgədə qalmasını istədiyi oyunçuların göndərilməsinə dair qərar qəbul edib.
Baş məşqçi funksionerlərin mövqeyinə qarşı çıxıb, bunun düzgün yanaşma olmadığını isbatlamağa çalışıb. Gəl ki, ona fikir verən, rəyini nəzərə alan olmayıb.
SPORTİNFO.AZ