Millinin sabiq məşqçisi Arif Əsədovun oğlu Gülağa Əsədov karyerasını I Liqada davam etdirəcək.
21 yaşlı yarımmüdafiəçi «Mingəçevir»ə üz tutub.
O, 11 turdan sonra 6 xalla turnir cədvəlinin son pilləsində qərarlaşmış «işıqçılar»la 5 aylıq müqavilə imzalayıb.
Ötən mövsüm «İmişli»nin uğurları üçün tər tökmüş gənc burada ən çox qazanan oyunçulardan biri olacaq.
Komandanın baş məşqçisi Füzuli Məmmədov bir ara yığmada çiyin-çiyinə çalışdığı Arif Əsədovun oğluna 2000 manatdan artıq əməkhaqqı təyin edib.
“Səbail” dünən Gülağa Əsədovla yollarını ayırıb. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Gülağa mövsümün əvvəlində "İmişli"dən "Səbail"ə keçmişdi. Azərbaycan U-19 millisinin üzvü "dənizçilər"in heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
SPORTİNFO.AZ