Borc sahibləri vaxt qoydu: “Qorxuruq ki, komandanı elə bu gün küçəyə atarlar” - SON XƏBƏR

14 Aprel 10:40 I Divizion 1 038
Borc sahibləri vaxt qoydu: “Qorxuruq ki, komandanı elə bu gün küçəyə atarlar” - SON XƏBƏR

I Liqada yarışan «Mingəçevir» qalmaqallı hadisələrin girdabındadır.

Füzuli Məmmədovun gəlişindən sonra gündə bir xoşagəlməz hadisə ilə üzləşən «işıqçılar» növbəti neqativ xəbərin şokunu yaşayır.

Bu bardə redaksiyamıza futbolçular məlumat verib.

Onların bildirdiyinə görə, komandanın yerləşdiyi oteldən və gündəlik qidalandığı restorandan çıxarılması gündəmdədir:

«Bizə deyiblər ki, klub rəhbərliyi iki aydır pulu ödəmir. Neçə dəfə istəyiblər ki, ASTA («Mingəçevir»in sponsoru) ilə danışsınlar, olmayıb.

Buradakılar da onlardan gizlənir. Bizimkilər pul vermir deyə, oteldə və restoranda üzümüzə yaxşı baxmırlar.

Bildiyimizə görə, kluba vaxt veriblər. Yaxın bir neçə gün ərzində borclar ödənilməsə, komandanı oteldən çıxaracaqlar, daha restorana da buraxmayacaqlar.

Güclə bir yer tapmışdıq. Artıq yemək üçün neçə yer dəyişmişik. Əvvəl haranı danışmışdılarsa, Füzuli Məmmədov orada narazılıq salmışdı.

Baş məşqçi onların bişirdiyi yeməkləri bəyənmirdi. Deyirdi, dediyim qaydada bişirin, bu yeməklər olsun.

Həmin yerlərin sahibləri də cavab verirdi ki, pulun bir hissəsini bəribaşdan ödəyin, gedək istədiyiniz ərzağı alaq. İndi də belə bir problem yaranıb.

Füzuli də hər gün deyinir. Qorxuruq ki, komandanı elə bu gün küçəyə atarlar»

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...