Azərbaycan klubu Kolumbiyada özünə tərəfdaş tapdı - FOTO

14 Aprel 15:00 I Divizion 1 015
Azərbaycan klubu Kolumbiyada özünə tərəfdaş tapdı - FOTO

«Difai» beynəlxalq miqyasda əlaqələrini gücləndirib.

I Liqada ikinci mövsümünü keçirən «fədailər» Kolumbiya klubu ilə münasibətlər qurub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu ölkədəki nümayəndəsi olan «Difai»nin vitse-prezidenti Namik Ramazanov «Boqota»FK-nın vitse-prezidenti Cenni Perdomo ilə görüşüb.

N.Ramazanov qarşı tərəfə «Difai»nin tarixi və fəaliyyəti barədə geniş məlumat verib.

Tərəflər arasında gələcək strateji planlar və qarşılıqlı əməkdaşlıq perspektivi müzakirə olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...