I Liqada işləri qaydasında getməyən “Baku Sportinq” AFFA-ya sığınıb.
Sportinfo.az kluba yaxın mənbəyə əsasən xəbər verir ki, ötən mövsüm II Liqada çempion olmuş komandanın tibbi problemlərini assosiasiya qarşılayır.
Son bir neçə ayda zədələnən Elvin Valiev, Nazim Həsənzadə, Orxan Fərəcov kimi futbolçulara kömək göstərilməsi üçün AFFA-ya müraciət olunub.
Qurumdan bu klubla yaxınlığı olan şəxslər isə öz növbəsində lazım olan köməkliyi göstəriblər. Nəticədə zədələnən oyunçular AFFA-nın tibbi pereparatları və avadanlıqları hesabına müalicə alıblar.
Məlumdur ki, ölkə futboluna cavabdehlik daşıyan qurum milli komandaların sağlıq durumuna cavabdehdir. Liqalarda yarışan komandalar isə sponsorların vəsaiti hesabına problemin həllini tapmalıdır.
11 turdan sonra aktivində 13 xal olan “Baku Sportinq” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
HƏBİB