I Liqada yerini qorumaq iddiasında olan «Difai» qış fasiləsində sıralarına qatdığı yeni oyunçuların sayını 4-ə çatdırıb.
«Kəpəz»dən müdafiəçi Mahir Həsənovu 6 aylıq icarəyə götürən «fədailər» bu gün daha 3 transfer əməliyyatını yekunlaşdırıb.
Qarabağ qazilərinin təmsilçisi «Sumqayıt»ın yetirməsi Fərid Kərimzadəni MOİK-dən sıralarına qatıb. Yarımmüdafiəçi ilə 5 aylıq müqavilə imzalanıb.
Həmçinin «Qaradağ Lökbatan»dan hücumameylli yarımmüdafiəçi Xəyal Bədirov və yarımmüdafiəçi Ömər Məmmədzadə komandaya qoşulub.
Ötən ilin sentyabrında komandanın sıralarına qoşulmuş Bəşir Ayralov isə artıq düşərgədən göndərilib. Geridə qalan 4 ayda iki qırmızı vərəqə almış cinah müdafiəçisi ilə kontrakta qarşılıqlı razılıq əsasında xitam verilib.
I Liqada qış fasiləsinə səkkizinci pillədə yollaniış «fədailər» bununla 6 nəfərlə vidalaşıb. 2023-cü ilin noyabrından komandanın formasını geyinən müdafiəçi Kamil Hüseynov və hücumçu İlham Allahverdiyev düşərgəni tərk edib.
O cümlədən, keçən ilin yayında kollektivə cəlb olunmuş yarımmüdafiəçi Sənan Ağayev buradan göndərilib.
Klubun daxili nizam-intizam kodeksinə uyğun olaraq, noyabrda Maksimilian Şilder və Nicad İsmayılovla müqaviləyə xitam verilib.
Baş məşqçi Xaqani Məmmədovin rəhbərliyə təqdim etdiyi raporta əsasən, qapıçı və yarımmüdafiəçi ilə kontraktlar qarşılıqlı razılaşma əsasında qüvvədən düşüb.
SPORTİNFO.AZ