COP29

Xaricdə qalmadı, “alver”ə bulaşmış komanda ilə müqavilə imzaladı

13 Yanvar 17:00 I Divizion 574
Xaricdə qalmadı, “alver”ə bulaşmış komanda ilə müqavilə imzaladı

Azərbaycanlı qapıçı Elməddin Məmmədovun legioner həyatı başa çatıb.

Vaxtilə Qırğızıstanda “Alqa” və “Calal-Abad”ın, Gürcüstanda “Tsxinvali”nin, Maltada “Sent-Endryus”in, Maldiv adalarında “TC Sports Club”un şərəfini qorumuş qolkiper bu dəfə Bosniya və Herseqovinadan ayrılıb.

30 yaşlı həmyerlimiz birinci liqa təmsilçisi "Yedintsvo Bihac"la müqaviləsini uzatmayıb.

2023-cü ildə “Araz-Naxçıvan“la I Liqanın çempionu olmuş “əlcək sahibi“ bundan sonra vətəndə çıxış edəcək. O, adı son vaxtlar oyun alqı-satqısına qarışmış “Mingəçevir“lə yayadək müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 18:10 Çək və bizə göndər!
13 Yanvar 11:20 Biz sizə YER VERİRİK…