“Gözlədiyimiz olmadı”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Cəbrayıl”ın sabiq direktoru Şahin Məmmədov deyib.
I Liqada debüt mövsümünü keçirən “Cəbrayıl” dağılmaq təhlükəsi ilə üzləşib.
II Liqanın gümüş medalını qazanaraq pley-off mərhələsinə vəsiqə qazanan və burada «Saatlı-Araz»a iki dəfə qalib gələn Qarabağ təmsilçisi cari sezonun ortasında maliyyə problemi yaşamaqdadır.
Şahin Məmmədovun sponsorluq dəstəyini çəkməsiylə başlayanan çətinliklər artıq hamını bezdirib - həm məşqçiləri, həm də futbolçuları.
Himayədarsız qalan komandada daha heç kim qalmaq istəmir. İki ay öncə maaşları qəflətən azaldılan, onu da vaxtında ala bilməyən oyunçular indi növbəyə düzülüb - getmək üçün.
Bir müddət əvvəl “Cəbrayıl”ı tərk edən iş adamını dinləyək:
“Mən maliyyəçiyəm. Mövsümün əvvəlində xərcləri elə hesablamaq olardı ki, indi belə problem yaranmasın?
Başqa səbəblər var. Yox, heç kim vəd verməyib.
Kim nə deyibsə, edib. Çünki düşünürdük ki, stadionun ödənişlərində, nəqliyyat, qidalanma və tibbi xidmətlərdə güzəşt edilər.
Amma həmin vaxt futbolçular da bunu anlayışla qarşıladı. sağ olsunlar”.