“Zaqatala“ himayəçilərindən pis xəbər alıb.
I Liqanın «daimi sakin»inin maliyyə dayaqları sarsılıb
Belə ki, Futbolun İnkişaf Fondunun (FİF) “Zaqatala“ PFK - “Biznes klub” layihəsi uğursuzluğa düçar olub. 2024-cü ilin yanvarında icrasına start verilən proyekt artıq yarımçıq dayandırılb.
Problem FİF tərəfindən əməkdaşlığa cəl edilən şirkət və iş adamlarının kluba maliyyə dəstəyini kəsməsidir. Əgər onda 10 portnyor bu ideya ətrafında bir araya gəlmişdisə, indi onlardan cəmi ikisi qalıb.
Halbuki ötən ilin ilk ayında keçirilən təqdimat mərasimində tamamilə fərqli vədlər verilmişdi.
Tədbirdə “Zaqatala”nın rəhbərliyi, bölgə nümayəndələri, fərdi sahibkarlar, özəl sektorun nümayəndələri ilə yanaşı, FİF-in Himayəçilər Şurasının üzvləri Fəxrəddin Manafov və Şaiq Qəribzadə iştirak ediblər.
Yığıncağa qatılanlarI Liqada mübarizə aparan klubun inkişafı, maliyyə dayanıqlığının təmin olunması ilə bağlı fikir mübadiləsi aparıblar.
Fondun icraçı direktoru Tural Piriyevin indi əli heç yerə çatmır. «Zaqatala»nı meydanda tək buraxan biznesmenlər onu dinləmək, geri dönmək belə istəmir.
SPORTİNFO.AZ