COP29

“Neftçi”nin sabiq baş məşqçisi yeni himayədar tapan klubun sükanı arxasına gətirildi

8 Yanvar 16:00 I Divizion 1 612
“Neftçi”nin sabiq baş məşqçisi yeni himayədar tapan klubun sükanı arxasına gətirildi

I Liqada mübarizə aparan, qış fasiləsində 8 futbolçusu oyun alqı-satqısına görə saxlanılan «Mingəçevir»də durğunluq önəmi arxada qalıb.

Ədahim Niftəliyevlə yollarını ayıran «işıqçılar» yeni baş məşqçinin kimliyini müəyyənləşdirib.

11 tura 6 xal toplayan və turnir cədvəlinin son pilləsində qərarlaşan Mingəçevirin eyniadlı təmsilçisi sükanı Füzuli Məmmədovla anlaşıb.

U-18 yığmasından ayrılan «Neftçi»nin sabiq çalışdırıcısı ilə bütün müqavilə şərtlərində razılıq əldə olunub.

«Mingəçevir»in uzun illərdir davam edən sponsor qayğısı başa çatıb. AFFA klubu ASTA-nın ((Azerbaijan Sport Talents Academy) himayəsinə verib.

Bununla bağlı federasiya və şirkət rəhbərliyi arasında aparılan danışıqlar tam yekunlaşıb. Razılıq hələlik qeyri-rəsmi formada əldə olunub.

Qarşıdakı günlərdə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və məhz həmin toplantıda qərar açıqlanacaq.

ASTA-nın təmsilçiləri artıq klubun başçısı Ayaz Əliyevlə görüşüb və təhvil-təslim prosesini başladıb. İqtisadiyyat Nazirliyində mühüm vəzifə tutan Əliyev «Mingəçevir»in maliyyə hesabatını qarşı tərəfə təqdim edib.

ASTA «Mingəçevir» ilə bağlı uzunmüddətli fəaliyyət proqramı hazırlayıb. Onun nümayəndəsi İcraiyyə Komitəsinin son yığıncağında iştirak eləyib və layihə barədə məlumat verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti