Ötən ilin yayında “Baku Sportinq”lə müqavilə imzalamış Şahin Balicani buradan ayrılıb.
Sportinfo.az xəbər verir ki, Buzovna təmsilçisi iranlı hücumçunu saxlamayıb.
Əslən Cənubi Azərbaycandan olan, Ərdəbildə dünyaya gəlmiş Balicaninin I Liqanın debütantı ilə mövsümün sonuna qədər müqaviləsi qüvvədə idi.
Amma tərəflər qarşılıqlı razılıq əsasında kontrakta xitam verib. Onun mövsümün geridə qalan 11 turunda 2 qol vurmasını xatırladaq.