“Zaqatala”nın legioneri Varren Ondo karyerasını Fransada davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə hücumçu Qabon mətbuatına müsahibəsində deyib:
“Azərbaycanda keçirdiyim uğurlu mövsümdən sonra Fransadan təkliflər var. Azərbaycan mənim üçün gözəl vitrin idi.
Keçirdiyim mövsümü çox bəyəndim, yaxşı statistikam oldu. Fransa çempionatında oynamaq əla olacaq.
İstər üçüncü, istər dördüncü divizion fərqi yoxdur, hər biri yeni başlanğıc olacaq”.
Ondo I Liqada 24 oyuna 7 qol vurub.