COP29

Ölkəmizdə klub çalışdıran əcnəbi: “Mən dəhşətə gəldim”

01:20 I Divizion 490
Ölkəmizdə klub çalışdıran əcnəbi: “Mən dəhşətə gəldim”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Birinci Liqasındakı çətinliklərdən danışıb.

Sportinfo.az xəbər verir ki, o, futbolinfo.az-a müsahibəsində başlıca problem kimi stadionlardakı durumu qeyd edib.

Gürcüstanlı mütəxəssis bununla əlaqədar bildirib:

"Birinci Liqanın ən böyük problemi yaxşı stadionların olmamasıdır. Məsələn, “Mingəçevir”lə sonuncu görüş və ya “Karvan”la oynadığımız matç…

Mən sadəcə, dəhşətə gəlmişdim. Əlbəttə, meydançalar daha yaxşı olsaydı, düşünürəm ki, Birinci Liqanın səviyyəsi daha yüksək olardı.

Amma ən əsas şey budur ki, Birinci Liqada daha çox mübarizə, daha çox fədakarlıq var.

Biz buna uyğunlaşmalı idik. Bilirdik ki, hər bir oyun və hər bir xal çox çətin olacaq və həqiqətən də çətindir”.

“Qəbələ” I Liqada 11 oyundan 29 xalla 1-ci yeri tutur. Onlar ən yaxın izləyicisi olan ikinci pillədəki “Karvan”ı (25) 4 xal qabaqlayırlar.

I Lliqanın qalibi yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti