AFFA I Liqa klubu "Difai"yə texniki məğlubiyyət verib.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
"Difai"nin cəzalanmasına XI turun MOİK-lə matçının 90+3-cü dəqiqəsində adı protokolda olmayan futbolçunun (Tahir Zeynalov) meydana buraxılması səbəb olub. Bununla yanaşı, komanda 400 manat cərimələnib.
Texniki məğlubiyyətlə yanaşı, "Difai"nin iki futbolçusu da cəzalandırılıb. 73-cü dəqiqədə Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya olunub.
Bəşir Ayralov isə 63-cü dqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. "Difai" həmçinin bu futbolçulara görə ümumilikdə 200 manat cərimələnib.