«Difai» rəhbərliyi ATV kanalında yayımlanan «Xəbərin olsun» verlişinin qonağı olub.
Prezident Asəf Məlikov və vitse-prezident Cavidan Corçiyev klubun yaradılma tarixçəsi və fəaliyyəti barədə izləyicilərə geniş məlumat verib.
I Qarabağ müharibəsinin iştirakçısı və qazisi olan A.Məlikov «Difai» sözünün mənası, bu ictimai-siyasi təşkilatın Azərbaycan tarixində oynadığı rol haqda danışıb.
O, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən əsrin əvvəlində yaradılan antiterror təşkilatının bazası əsasında formalaşdırıldığını xatırladıb.
Qeyd edib ki, «fədailər»in artıq döyüş meydanından futbol meydanına keçidi prosesi gedir və dünyanın ən sevimli idman növü vasitəsilə bunu realaşdırmaq niyyətindədirlər.
C.Qorçiyev «Difai»ni keçmiş döyüşçü və qazilərin formalaşdırdığını diqqətə çatdırıb.
Vitse-prezident klubun mövcud imkanlar daxilində maksimum nəticələr qazanmağı hədəflədiyini bildirib, Xaqani Məmmədovun baş məşqçi, Füzuli Məmmədovun müşavir postuna gətirilməsiylə komandanın həyatında yeni mərhələnin başladığını söyləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN