"Mingəçevir"in İdarə Heyətinin sədri Nurlan Əhmədov Sportinfo.az-a müsahibə verib.
Rəhbər şəxs son günlər tanınmış iş adamı Adnan Əhmədzadənin "Mingəçevir" klubuna sponsorluq edəcəyi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
- Son günlər iş adamı Adnan Əhmədzadənin "Mingəçevir" klubuna sponsorluq edəcəyi iddia olunur. Bu məlumat nə dərəcədə həqiqətdir?
- Rəsmi olaraq komandaya hər hansı müraciət daxil olmayıb. Heç bir görüş keçirilməyib. Biz də mətbuatda yazılanları oxumuşuq.
- Belə bir sponsoru qarşılamağa hazırsınız?
- Əlbəttə. Belə bir təşəbbüs həqqiət olarsa, hamımızın ürəyincə olar. Amma hazırda heç nə yoxdur.
- "Mingəçevir" klubunun rəhbəri sizsiniz. Amma iş adamının AFFA ilə danışıq apardığı bildirilir...
- Biz də sizin kimi məlumatsızıq. Hər hansı açıqlama verilməyib. Ona görə nəsə deyə bilmirəm.
- Yazılanlar həqiqətdirsə, Adnan Əhmədzadənin AFFA ilə danışıq aparıb, sizə müracət etməməsi etik olaraq nə dərəcədə doğrudur?
- Heç nə deyə bilmərəm. Nəsə olanda rəsmi açıqlama veriləcək.
- Bəs başqa sponsorluq müqaviləsi təklif edən varmı?
- Komandamızın yeganə sponsoru Azərlotereyadır. Bir də kənardan dost-tanış müəyyən köməklik göstərir. Başqa dəstək olan yoxdur.
XANOĞLAN İMANOV