COP29

İstefanı qaçılmaz edən "normal bir şey" - Beləmi olur?

4 Dekabr 16:00 I Divizion 253
İstefanı qaçılmaz edən "normal bir şey" - Beləmi olur?

I Liqada 8 tur arxada qalıb.

Çempionatda ikinci mövsümünü keçirən «Difai» cari mövsümün geridə qalan hissəsində 5 cal toplayıb.

1 qələbə və 2 heç-heçə əldə edən «fədailər» turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Qazilərin komandasınin qeyri-sabitliyi iki səbəblə əlaqədardır. Tamamilə AFFA-nın ayırdığı büdcə əsasında fəaliyyət göstərən kollektiv son 1 ildə artıq dördüncü baş məşqçi işləyir.

Ötən ilin sentyabrında Elgiz Kərəmli ilə anlaşan klub düz 1 il keçmiş onunla vidalaşmalı oldu. Ardınca Adil Mahmudov gəldi, o da şəxsi problemləri səbəbindən 3 həftə görəvdə qaldı.

Aydın Qasımov da növbəti 3 turda futbolçuları meydana çıxardı. Noyabrın 11-dən bəri isə Xaqani Məmmədov sükan arxasındadır.

Başqa sözlə, qeyri-sabitliyin əsası Elgiz Kərəmlinin vaxtında qoyulub. Onun ilk turda keçirilən «Cəbrayıl»la matçın ardından iş yerindən getməsinin səbəbi də artıq məlumdur.

Belə ki, klubla yanaşı, U-15 və U-16 yığmalarında baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərən Kərəmlinin I Liqada rəqiblərdən birinin məşqçi korpusuna komanda, zədəlilər və ümumiyyətlə, oyunçuların hazırlıq səviyyəsi barədə məlumatlar verməsi bu ayrılığı şərtləndirib.

Klub rəhbərliyi Kərəmlidən bu məsələ ilə bağlı hesabat tələb etdikdə, "bu, normal bir haldır" deyə, cavab verib.

Millinin məşqçi korpusunda yer almış mütəxəssisin bu cür halların heç də "normal bir şey" olmadığını bilməməsi təəccüb və təəssüf doğurur.

Oyunların nəticələrinin manipulyasiyası dedikdə, zatən, ilk növbədə bu cür hallar başa düşülür.

Əbəs yerə deyil ki, komandaların oyun sifarişləri Peşəkar Futbol Liqasının onlayn sistem-proqramına yüklənməsi zamanından aslı olmayaraq, yalnız matça 75 dəqiqə qalmış açılır.

Bu da rəqiblərin eyni anda məlumat əldə etməmələri və oyun taktikasını onun heyətinə uyğun qurmaması üçündür.

Klub rəhbərliyi bu məsələyə hüquqi qiymət verilməsi və araşdırma aparılmasını istəsə də, müəyyən şəxs(lər)in xahişini nəzərə alaraq, son anda istəyəndən vaz keçib.

AFFA milli komanda üzvlərinə danışılmış oyunlar üzrə təlimlər keçirsə, görəsən, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli bu məsələyə toxunmayıbmı? Və ya A kateqoriyası üzrə məşqçilik kurslarında belə elementar xüsuslara diqqət verilmirmi?

Kurs rəhbərləri hara baxır? Bu qayda pozuntularını "normal hal" sayan məşqçi A kateqoriyası alırsa, adi futbolçunu qınamaq olarmı?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər