I Liqada debüt mövsümünü keçirən «Baku Sportinq»də ayrılıqlar reallaşıb.
Məşqçi Zamir Həsənov və futbolçu Elvin Dəmirov Buzovna təmsilçisi ilə vidalaşıb.
Daha 3-4 oyunçu da müqaviləni pozmaq məqsədilə idarəçilərə müraciət edib.
Bütün bu neqativ halların kökündə Elman Sultanov dayanır. Belə ki, baş məşqçi kobud rəftarı və danışığı ilə kollektivi özündən çox narazı salıb.
O, əsəblərinə hakim olmağa çətinlik çəkir. Komanda üzvlərinin dediyinə görə, çalışdırıcı dilinə tez-tez təhqiramiz ifadələr gətirir, bununla münasibətləri gərginləşdirir.
Sultanov əmindir ki, rəhbərlik arxasındadır və kimsə ona «gözün üstdə qaşın var» söyləməyəcək.
Ötən mövsüm II Liqada çempionluq qazanıb deyə, toxunulmaz olduğunu fikirləşir və hər bildiyini edir.
SPORTİNFO.AZ