I Liqada mübarizə aparan «Difai»nin yeni baş məşqçisi müəyyənləşib.
«Fədailər» sükanı Xaqani Məmmədova tapşırıb.
Son olaraq «Araz-Naxçıvan»da Elmar Baxşıyevin köməkçisi işləmiş mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.
Millinin sabiq hücumçusu klubun İdarə Heyətinin iclasından sonra kollektivə təqdim edilib.
«Difai»ni cari mövsümə Elgiz Kərəmli hazırlayıb. «Cəbrayıl»la ilk tur matçından sonra onun vəzifəsindən ayrılması məlum olub.
Ardınca Adil Mahmudov görəvə gəlib. Üç həftə iş başında dayanan məşqçi şəxsi işləri ilə əlaqədar klubu tərk edib.
«Fədailər»i axır üç matça Aydın Qasımov hazırlayıb.
SPORTİNFO.AZ