Bu gün «Difai»də klubdaxidi iclas keçiriləcək.
İdarə Heyətinin toplantısında yeni baş məşqçinin kimliyinə aydınlıq gələcək.
Siyahıda bir neçə namizədin olması bizə bəllidir. Burada həm yaşlı, həm də gənc mütəxəssislər yer alıb.
Sosial şəbəkələrdə yayılan iddialara əsaslansaq, vakant postu tutmağa ən şansı namizəd Kərim Diniyevdir.
O, bu sahədə yenidir. Şahin Diniyevin oğlu atasıyla birgə çalışıb. 2022-ci ilin dekabrında «Səbail»də işə başlayan Kərim ötən həftəyədək məşqçi korpusunda yer alıb.
«Difai»ni cari mövsümə Elgiz Kərəmli hazırlayıb. «Cəbrayıl»la ilk tur matçından sonra onun vəzifəsindən ayrılması məlum olub.
Ardınca Adil Mahmudov görəvə gəlib. Üç həftə iş başında dayanan məşqçi şəxsi işləri ilə əlaqədar klubu tərk edib.
«Fədailər»i axır üç matça Aydın Qasımov hazırlayıb.
SPORTİNFO.AZ