Bugünlərdə «Difai» FK-nın İdarə Heyətinin iclasının keçirilməsi planlaşdırılır.
Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyinin gündəmində bir çox məsələlərlə yanaşı, baş məşqçi vəzifəsinə namizədlərin müzakirəsi də daxildir.
Öyrəndiyimizə görə, bir neçə namizəddən ibarət siyahı hazırdır. Burada təcrübəli mütəxəssislərlə yanaşı, gənc məşqçilər də yer alıb.
I Liqada mübarizə aparan «fədailər» mövsümə Elgiz Kərəmlinin istefası ilə başlayıb. Daha sonra Adil Mahmudov görəvə gəlib.
Üç tura 1 heç-heçə əldə edən və 2 dəfə məğlubiyyət üzü görən çalışdırıcı şəxsi işləri ilə əlaqədar vəzifəsindən ayrılıb.
Bu arada baş məşqçi səlahiyyətlərini Aydın Qasımovun həyata keçirməsini də qeyd edək.
SPORTİNFO.AZ