"İmişli"də narazılıq baş qaldırıb.
Birinci Liqa təmsilçisində meydana gələn etirazın kökündə rəhbərliyin atdığı addımlarıdır.
Heyət liqa səviyyəsində güclü futbolçulardan qurulub, amma onların İmişlidə məskunlaşdıqları baza şəraitsizdir.
Gah istilik olmur, gah da su tapmaq müşkülə çevrilir.
Ayrılan mükafat fondu da kollektivi razı salmır.
Ardıcıl qələbələrə və Ölkə Kubokunda mərhələ adlamağa görə çox kiçik miqdarda pul mükafatı ayrılıb.
Əksəriyyət yayda şirin vədlərə aldanıb bölgə klubuna keçdiyi üçün bu gün peşmanlıq yaşayır.
SPORTİNFO.AZ