"Cəbrayıl"da qəribə hadisələr baş verir.
Bu dəfə komandanın himayədarı və direktoru Şahin Məmmədov əlini klubdan çəkib.
Bu barədə saytımıza açıqlamasında rəhbər şəxs özü məlumat verib.
Dünənə kimi şəxsi büdcəsindən Birini Liqa təmsilçisinə pul ayıran Məmmədovun gedişi birdəfəlik yox, müvəqqətidir.
Nə vaxt geri dönəcəyi də sual olaraq qalır.
Bölgə klubuna nəzarəti isə Cavid Hüseynov ələ alıb. Bir müddətdir Qarabağ təmsilçisində bütün qərarları Hüseynov verir.
"Turan Tovuz"da Kurban Berdiyevin köməkçisi işləyən şəxs "Cəbrayıl"ın təsisçisidir.
O, baş məşqçi kimi "Cəbrayıl"ı Region Liqasından Birinci Liqaya kimi yüksəldib.
Bu mövsümün əvvəli postunu Elhad Nəziriyə təhvil verərək "Turan Tovuz"a üz tutub.
XANOĞLAN/ SPORTİNFO.AZ