COP29

Premyer Liqa xəyalı gerçəkləşmədi, büdcə kəskin azaldıldı

3 Noyabr 11:05 I Divizion 1 797
Premyer Liqa xəyalı gerçəkləşmədi, büdcə kəskin azaldıldı

Ötən mövsüm Premyer Liqaya vəsiqə şansını son anda əldən verən «Qaradağ Lökbatan»ın cari «futbol ili»nə uğursuz start verməsinin səbəbi məlum olub.

Bu, büdcənin kəskin şəkildə aşağı salınmasıyla əlaqədardır.

I Liqanın ilk 6 həftəsində qələbə üzü görməyən klubun aylıq xərci 16 min manatadək məhdudlaşdırılıb. Keçən sezon qeydə alınan gözlənilməz yekun klub rəhbərliyini, belə demək mümkünsə, ruhdan salıb.

Odur ki, «Qaradağ»a əlavə vəsaitin ayrılması dayandırılıb. Qəsəbə təmsilçisi hazırda yalnız AFFA tərəfindən ayrılan vəsait (aylıq 30 min) hesabına fəaliyyət göstərir.

Lökğanlılar geridə qalan həftələr ərzində 5 məğlubiyyət alıb və cəmi 1 xal toplayıb. Bu göstərici onları turnir cədvəlinin «dib»inə – 10-cu pilləyə yuvarlayıb.

«Qaradağ» 2 ildən artıqdır sükan arxasında olan Azər Həşimovla 3-cü turdan sonra vidalaşıb. Bu post Amit Quluzadəyə tapşırılıb.

Komanda ötən mövsüm çempionluq yarışında «Şamaxı»ya uduzub. Axırdan öncəki tur evdə «şirlər»ə 2:3 hesabıyla yenilərək, tarixində ilk dəfə Premyer Liqaya vəsiqə qazanmaq fürsətini qaçırıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti