I Liqada ilk mövsümünü keçirən «Cəbrayıl»da qəribə hadisə yaşanıb.
Klubun himayədarı və direktoru Şahin Məmmədov komandanın hazırlıq prosesinə qarışıb.
Elhad Nəzirinin keçdiyi məşqi bəyənməyən rəhbər şəxs onu meydandan kənarlaşdırıb, çalışmaları özü davam etdirib.
Olay sizə təəccüblü gələ, hətta inandırıcı görünməyə bilər.
Amma bilin ki, bunu futbolçuların özləri əməkdaşımıza söyləyib. Və məlumatı bir yox, bir neçə nəfər təsdiqləyib.
Onların dediyinə görə, yayda kollektivi Cavid Hüseynovdan təhvil alan köməkçisi məşq metodikasından bixəbərdir.
Elhad Nəzirinin digər bir zəif cəhəti kimi normal münasibət qurmaqda çətinlik çəkməsi göstərilir.
SPORTİNFO.AZ