«Difai» I Liqada cari mövsümün ilk qələbəsini 6-cı turda əldə etdi.
Şamaxıda «Zaqatala» ilə qarşılaşan «fədailər» 90 dəqiqənin tamamında meydandan 3:1 hesablı qalibiyyətlə ayrıldı.
Xəyyam Məmmədli, Məhəmməd Alfa və Emil Quluzadənin vurduğu qollar Qarabağ qazilərinin komandasına 3 xal qazandırdı.
Turnir cədvəlində 8-ci pilləyə yüksələn kollektiv paltardəyişmə otağında bayram sevincinə bürünüb.
Futbolçular uğurlu nəticənin gətirdiyi xoş hissləri bir-birləriylə bölüşüb. Bu zaman kamerunlu hücumçu Kristan Kamtanın rəqsi maraqla qarşılanıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN