I Liqada ilk mövsümünü keçirən «Baku Sportinq»in baş məşqçisi Elman Sultanov maraqlı cəza tədbirinə əl atıb.
Buzovna təmsilçisinin çalışdırıcısı ardıcıl 3 məğlubiyyətə görə futbolçulara cərimə tətbiq edib.
Komanda üzvlərinin hər birinin maaşından 100 manat tutulub.
Bu da son deyil. «Səbail»də çalışdığı illərdə haqqında «əfsanələr» dolaşan çalışdırıcı xəbərdarlıq edib ki, uğursuzluğun davamı gələrsə, cərimə məbləğini 300 manata qaldıracaq.
Qəsəbə klubu çempionatın ilk 6 turunda 7 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ