COP29

Avropa futbolunun ulduzunun Azərbaycan klubuna transferi nə dərəcədə realdır?

11:40 I Divizion 625
Avropa futbolunun ulduzunun Azərbaycan klubuna transferi nə dərəcədə realdır?

«Onun Azərbaycana gəlmək ehtimalı hələlik 50 faizdir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Karvan»ın baş məşqçisi Kənan Kərimov deyib.

Belçika millisinin sabiq ulduzu Raja Naynqqolan karyerasını Azərbaycanda davam etdirə bilər.

İtaliya nəhəngləri - "Roma" və "İnter"də çıxış etmiş yarımmüdafiəçi menecerlər vasitəsi ilə Birinci Liqada çıxış edən Yevlvax təmsilçisinə təklif olunub.

K.Kərimov bildirib ki, bu transferə isti yanaşırlar. Buna görə tərəflər arasında ilkin danışıqlar olub. Futbolçunun maddi şərtləri öyrənilib:.

«Təklif bizə onun menecerindən gəlib. «Karvan»ın birinci yerdə getməsi və Premyer Liqaya iddialı olması Raja Naynqqolanın diqqətini çəkib.

Agentiylə söhbətlərdə hiss edirik ki, futbolçunun özü də burada oynamaqda maraqlıdır. Müəyyən şərtlər var ki, biz onları razılaşdırmalıyıq.

Tam detalları açıqlaya bilmərəm, üzrlü sayın. Sadəcə, onu əlavə edə bilərəm ki, belçikalı yarımmüdafiəçi klubumuzun vəziyyətindən, məqsədlərindən yetərincə məlumatlıdır.

Bir neçə aydır futbol oynamasa da, daim məşq edib, formada qalmağa çalışıb. Azərbaycana gəlsə, təbii ki, bu, bizim üçün böyük hadisə olacaq.

Əlimizdən gələni edirik ki, belə bir ulduzu «Karvan»a qazandıraq. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək».

36 yaşlı futbolçu karyerası ərzində "Roma" və "İnter"dən başqa, İtaliyada "Kalyari" və SPAL, Belçikada "Antverpen"in formasını geyinib.

O, son olaraq İndoneziyada "Bhayanqkara"nın şərəfini qoruyub. Bu ilin iyul ayından azad agentdir. Hazırda onun transfer dəyəri 325 min avrodur.

"Karvan" 5 turdan sonra maksimum nəticə ilə Birinci Liqanın lideridir. Yevlax klubu Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyir.

Digər Xəbərlər
Xəbər Lenti