COP29

Aran rayonu noyabrın sonunda böyük futbola qucaq açacaq

02:10 I Divizion 230
Aran rayonu noyabrın sonunda böyük futbola qucaq açacaq

Heydər Əliyev adına İmişli şəhər stadionundakı təmir işləri noyabrın sonunda başa çatacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlov məlumat verib.

O, Azərbaycan I Liqasının VIII turunda "Qaradağ Lökbatan" komandasını doğma meydanda qəbul etmək istədiklərini bildirib:

"İşlər sürətlə davam edir. Çalışırıq ki, ev oyunlarımızı doğma stadionumuzda keçirək.

VI turun "Qəbələ" ilə matçını İmişlidə oynamalı idik. Lakin təmir işləri başa çatmadığı üçün yerdəyişmə etdik.

Birinci qarşılaşma Qəbələdə, növbəti görüş bizim stadionda baş tutacaq.

Stadionumuzun ot örtüyü yenilənir, digər çatışmazlıqlar aradan qaldırılır. Noyabrın sonunda təmir işləri başa çatacaq".

Heydər Əliyev adına İmişli şəhər stadionu cari mövsümün əvvəlindən təmirə bağlandığı üçün bölgə təmsilçisi ev oyunlarını Tovuz şəhər stadionunda və Saatlı Olimpiya İdman Komleksinin meydanında keçirib.

Digər Xəbərlər
Xəbər Lenti