COP29

"Ey, ağıllı ol, buranı başqa yerlə səhv salma!" – VİDEO+FOTOLAR

20 Oktyabr 09:50 I Divizion 1 968
"Ey, ağıllı ol, buranı başqa yerlə səhv salma!" – VİDEO+FOTOLAR

I Liqada beşinci tura yekun vurulub.

“Qəbələ” turun son günündə “Difai”ni qəbul edib.

Kaxaber Tsxadadze ötən turla müqayisədə start heyətində iki dəyişiklik gerçəkləşdirib.

Oçe Oçoveçi və Samir Həsənov ilk dəqiqələrdən meydana çıxıb. Onlar Süleyman Damadayev və Domi Massumonu əvəzləyib.

“Qəbələ” ilk dəqiqələrdən rəqib qapısına hücumlar qurub. Amma fasiləyədək qonaqların qapısına yol tapmaq mümkün olmayıb.

Qarşılaşmanın taleyi ikinci yarıda müəyyənləşib. Nigeriyalı hücumçu Abdullahi Şuaybu cərimə meydançası daxilində boş zonaya çıxaraq, qapının uzaq küncünü dəqiq nişan almaqla qol sevinci yaşayıb.

Bu top ev sahiblərinə ardıcıl 4-cü qələbəni qazandırıb - 1:0.

Uduzmasına baxmayaraq, «Difai»nin mövsümün geridə qalan bölümü ərzində ən yaxşı oyununu sərgilədiyini deməliyik.

Adil Mahmudovun gedişindən sonra komandanı meydana çıxaran Aydın Qasımovun taktiki düzülüşdə və əsas heyətdə etdiyi dəyişiklər öz müsbət təsirini göstərib.

Bu mənada «Qəbələ»ni təəccübləndirdiklərini söyləməliyik. Kamil Hüseynovun başçılıq etdiyi müdafiə xətti «fədailər»i «diş»li göstərib.

«Şamaxı»dan icarəyə götürülmüş qapıçı Sahib Həsənovun da bir neçə seyvi ilə yadda qalmasını qeyd edək.

Meydanın hər qarışı uğrunda mübarizə aparan qonaqların əzmkarlığı yerli azarkeşləri də qayğılandırıb. Asan qələbə gözləyən fanatlar hər iki hissədə «Difai»nin futbolçularını təzyiq altında saxlamağa çalışıb.

"Ey, ağıllı ol, buranı başqa yerlə səhv salma!" kimi tribunadan müxtəlif atmacalar atan qəbələli tərəfdarlara onlar heç bir cavab verməyib. Sadəcə, istəkli oyunlarını davam etdiriblər.

Arzu Atakişiyevin uzaq məsafədən birbaşa qapıya istiqamətlənmiş zərbəsi stadiona bir anlıq sükut çökdürübsə, Tahir Zeynalovun 2-3 metrdən «çərçivə»yə düşə bilməməsi «Difai» adına üzüncü epizod kimi xatırlanacaq.

Beş turdan sonra xallarının sayını 13-ə çatdıran “qırmızı-qaralar” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Difai” 1 xalla 9-cu sırada yer alıb.

SPORTİNFO.AZ

“Qəbələ” – “Difai” 1:0
Qol:
Abdullahi Şuaybu, 67
Qəbələ şəhər stadionu. 200 tamaşaçı
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Rəhman Aslanov
Dördüncü hakim: Sənan Bayramzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: Elvin Yunuszadə, 49 (qeyri-idman hərəkəti) // Tahir Zeynalov, 39 (qeyri-idman hərəkəti); Kristian Kamta, 49 (qeyri-idman hərəkəti); Arzu Atakişiyev, 90 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Qəbələ”: 1. Səlahət Ağayev (k) 32. Elvin Yunuszadə 8. Urfan İsmayılov 4. Vüqar Həsənov 97. Elşad Tağıyev 13. Nicat Əliyev 20. Oçe Oçoveçi (74. Süleyman Damadayev, 70) 19. Abdullahi Şuaybu (9. Ruslan Voronsov, 79) 5. Samir Həsənov (14. Domi Massumo, 62) 10. Şahin Şahniyarov (6. Emil Süleymanov, 79) 27. Eşqin Əhmədov
Ehtiyat oyunçular: 12. Müşfiq Nadirov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 28. Murad Musayev 22. Fərid İsgəndərov 44. Salman Ələsgərov 66. Nuğay Rəşidov 26. Elnur Mustafayev
Baş məşqçi: Kaxaber Tsxadadze

“Difai”: 1. Sahib Həsənov 5. Kamil Hüseynov (k) 6. Əzəmət Ələkbərli 55. Seymur Əliyev 27. Tolqar Yaqubov 10. Tahir Zeynalov (77. Əli Mürsəlov, 73) 17. Riad Abbaszadə (90. İlham Allahverdiyev, 73) 8. Emil Quluzadə 9. Kristian Kamta (11. Sənan Ağayev, 85) 32. Xəyyam Məmmədli (19. Muhamməd Alfa, 66) 66. Arzu Atakişiyev
Ehtiyat oyunçular: 85. Nail Alışov 2. Seymur Rəhimov 3. Əbil Əbilov
Məşqçi: Aydın Qasımov

Digər Xəbərlər
Xəbər Lenti