COP29

“Karvan” yolüstü qazana-qazana gedir... VİDEO

02:10 I Divizion 115
“Karvan” yolüstü qazana-qazana gedir... VİDEO

Azərbaycan Birinci I Liqasında 5-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, lider “Karvan” doğma meydanda “İmişli”ni qəbul edib.

Görüş ev sahibinin qələbəsiylə başa çatıb – 3:2.

Beş oyununun hamısında qələbə qazanan Yevlax klubu 15 xalla zirvədə yer alır.

“Karvan” - “İmişli” 3:2
Qollar:
Bəhruz Teymurov, 1; Maqsud Ələkbərov, 79; Roman Hüseynov, 89 // Elmir Rəhimzadə, 46; Pablo Enrike Alves, 68
Yevlax şəhər stadionu. 2500 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov
Dördüncü hakim: Ruslan Quliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Kənan Quliyev, 49 (qeyri-idman hərəkəti); Xəzər Mahmudov, 90 (qeyriidman hərəkəti) // Pablo Enrike Alves, 90 (qeyri-idman hərəkəti); Əyyub Əliyev, 90+2 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: İdris İnqilablı, 90+1 (təcavüzkar davranış)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.

“Karvan”: 1. Kamran İbrahimov 77. Müşfiq Teymurov (k) 7. Bəhruz Teymurov 10. Rəhman Şabanov (20. Roman Hüseynov, 68) 42. İbrahim Qədirzadə 3. İzzət Müştaqov 9. Xəzər Mahmudov (97. Emil Qasımov, 68) 4. Kənan Quliyev 8. Peter Kinqs (11. Maqsud Ələkbərov, 46) 17. Ezekiel Morqan 13. Əli Abdullayev (22. Aref Mohəmmədəlipur, 72)
Ehtiyat oyunçular: 62. Məmməd Muradov 18. Elvin İsmayılov 66. Ceyhun Bağırzadə
Baş məşqçi: Kənan Kərimov

“İmişli”: 33. Andrey Sinenka 3. Tərlan Quliyev (k) 42. Elnur Cəfərov (10. Bahadur Həziyev, 72) 21. Abbas Ağazadə 17. Əsgər Hüseynov (77. Elmir Rəhimzadə, 46) 6. Xəyal Tomarov 7. Pablo Enrike Alves (29. Vüsal Qənbərov, 85) 13. İdris İnqilablı 11. Seyxan Fərəcov 23. Dioqo Vaskes 44. Həzrət İsayev
Ehtiyat oyunçular: 1. Əyyub Əliyev 19. Fazil Həsənzadə 99. Cavidan Qasımlı
Baş məşqçi: Fərid Namazov

Digər Xəbərlər
Xəbər Lenti