Azərbaycan millisinin sabiq vingeri Araz Abdullayev özünə yeni komanda tapıb.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi bu sezon Birinci Liqada oynayacaq.
Belə ki, o, “Qaradağ Lökbatan”la anlaşıb. “Neftçi”nin yetirməsi yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
32 yaşlı futbolçu karyerası ərzində “Neftçi”, “Everton”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ”, “Boluspor”, “Etnikos”, “Sumqayıt”, “Llapi”, “Zirə”də oynayıb.