COP29

“Çempionluq hədəfi yoxdur, gücümüz “5-liy”ə oynamağa imkan verir”

15 Oktyabr 21:20 I Divizion 1 716
“Çempionluq hədəfi yoxdur, gücümüz “5-liy”ə oynamağa imkan verir”

“Bilirəm, bizdən gözləntilər böyükdür.

Çempionat yeni başlayıb və düşünürəm ki, nəticələri yaxşılaşdıracağıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Baku Sportinq”in baş məşqçisi Elman Sultanov deyib.

Ötən mövsüm II Liqada çempionluğu bayram edərək I Liqaya yüksələn paytaxt təmsilçisi yayda ciddi dəyişikliklərə məruz qaldı.

Yerli və legioner futbolçulardan qurulan komandanın liqada qarşısıalınmaz olacağı gözlənilsə də, “Baku Sportinq” hələ ki, ümidləri doğrultmur.

4 oyunda 1 qələbə və 1 heç-heçə sayəsində 4 xal toplayan kollektiv 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Baş məşqçi buna görə narahat deyil, çünki qarşısına çempionluq hədəfi qoyulmayıb:

“Məqsədimiz mövsümü ilk “5-lik”də başa vurmaqdır. II Liqadan gəlmiş, demək olar sıfırdan yığılmış komandayıq.

Desəm ki bu il çempion olub, növbəti mövsüm Premyer Liqada oynayacağıq, bu, doğru olmaz.

Şəxsi fikrimi bilmək istəyirsinizsə, gücümüz “5-liy”ə oynamağa imkan verir. Mövsümü hansısa yüksək pillələrin birində başa vurmağımızın özü belə, “Baku Sportinq” adına yüksəliş sayılacaq.

Bizi qarşıda uzun marafon gözləyir. İnanıram ki, məqsədimizə çatacağıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti