“Builki məqsədimiz ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etməkdir”.
“Karvan”ın baş məşqçisi Kənan Kərimov Sportinfo.az-a açıqlamasına belə deyib.
Yevlax təmsilçisinin çalışdırıcısı I Liqanın gedişini dəyərləndirib. O, medallar uğrunda mübarizə aparmaq istədiklərini bildirib:
“Keçən çempionatı beşinci pillədə başa vurduqsa, bu dəfə altıncı yeri tuta bilmərik. Bu il iddialı komandaların sayı daha çoxdur.
Çempionatın səviyyəsi artıb. Xeyli legioner var. şübhə etmirəm ki, mövsümün sonunadək gərgin rəqabət gedəcək.
Asan oyun yoxdur. Biz də əlimizdən gələni edəcəyik ki, öz iddiamızı göstərək.
Yayda heyətdə xeyli dəyişiklik etmişik. Daha yaxşı futbolçular gətirmişik.
Bunun nəticəsini görmək istəyirik. Klubumuzun rəhbərliyi daim yanımızdadır.
Onlar Yevlaxda futbolun inkişafı üçün maksimum dərəcədə çalışır. Hamımız əl-ələ verib, “Karvan”ı irəli aparmaq üçün əlimizdən gələni edirik”.
I Liqada 4 tur arxada qalıb. “Karvan” maksimim xal toplayıb və turnir cədvəlinin ilk pilləsində yer alıb.
Aran təmsilçisi “Qaradağ Lökbatan”, “Mingəçevir”, “Baku Sportinq” və “Difai”yə qalib gəlib.