I Liqada çıxış edən «Difai»də baş məşqçi ayrılığı gerçəkləşib.
Çempionatda ikinci mövsümünü keçirən «fədailər»in Adil Mahmudovla işbirliyi dayanıb.
Buna səbəb adıçəkilən çalışdırıcının şəxsi işləridir. Üç həftə öncə komandanın sükanı arxasına keçən mütəxəssis öz istəyi ilə buranı tərk edib.
Qarabağ qazilərinin təmsilçisi olan «Difai» Mahmudovla 3 çempionat matçına çıxıb.
Kollektiv «İmişli»yə 0:4, «Karvan»a 1:4 hesabıyla uduzub, MOİK-lə 2:2 edib.
«Fədailər» cari sezona Elgiz Kərəmli ilə başlayıb. Ötən ilin oktyabrından «Difai»də işləyən məşqçi «Cəbrayıl»la açılış matçından sonra vəzifəsindən ayrılıb.
SPORTİNFO.AZ