COP29

“Neftçi”nin nəzdində olan komanda yeni baş məşqçiyə tapşırıldı

09:40 I Divizion 513
“Neftçi”nin nəzdində olan komanda yeni baş məşqçiyə tapşırıldı

«Qaradağ Lökbatan»a yeni baş məşqçi tyin olunub.

Amit Quluzadə I Liqada mübarizə aparan komandanın sükanı arxasına gətirilib.

Qəsəbə təmsilçisi ötən mövsümün ilk dövrəsində II Liqa mənsubu «Füzuli»də debüt etmiş gənc mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

«Neftçi» İdman Klubunun nəzdində fəaliyyət göstərən «Qaradağ» 2 ildən artıqdır sükan arxasında olan Azər Həşimovla dünən yolları ayırıb.

Buna səbəb komandanın yeni mövsümə pis başlamasıdır. Belə ki, çempionatın gümüş medalçısı ilk 3 turda məğlubiyyətləri sıralayıb.

«Qaradağ»ın «Karvan», «Qəbələ» və «Zaqatala»ya yenildiyini yada salaq. Bu, I Liqada ikinci belə hadisədir. Daha öncə Elgiz Kərəmli «Difai»ni tərk edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi