
Azərbaycan Birinci Divizionunda 3-cü tura start verilib. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Sabah” doğma meydanda “Zaqatala” ilə üz-üzə gəlib. Qarşılaşmada meydan sahibləri 5 cavabsız qolla qalib gəliblər.
Turun digər oyunları sabah keçiriləcək: “Binə” – “Qaradağ Lökbatan”, MOİK – “Şüvəlan”, “Ağsu” – “Xəzər”, “Turan Tovuz” – “Mil-Muğan”.
“Sabah” - “Zaqatala” 5:0
Əli Nuri, 19. Eltun Hüseynov, 38. Şirməmməd Məmmədov, 43. Cavad Kazımov, 45. Məhəmməd Alıyev, 90+2.