COP29

Azərbaycan klubu baş məşqçini istefaya göndərdi – SON DƏQİQƏ

19:00 I Divizion 876
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi – SON DƏQİQƏ

I Liqada yarışan «Qaradağ Lökbatan» baş məşqçisini istefaya yollayıb.

Qəsəbə təmsilçisi 2 ildən artıqdır sükan arxasında olan Azər Həşimovla yolları ayırıb.

Buna səbəb komandanın yeni mövsümə pis başlamasıdır. Belə ki, çempionatın gümüş medalçısı ilk 3 turda məğlubiyyətləri sıralayıb.

«Qaradağ»ın «Karvan», «Qəbələ» və «Zaqatala»ya yenildiyini yada salaq.

Bu, I Liqada ikinci belə hadisədir. Daha öncə Elgiz Kərəmli «Difai»ni tərk edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti