COP29

Türkiyə klubunun hücumçusu Azərbaycandan dəvət aldı

21:20 I Divizion 432
Türkiyə klubunun hücumçusu Azərbaycandan dəvət aldı

Türkiyədə top qovan azərbaycanlı hücumçu karyerasını vətəndə davam etdirə bilər.

2021-ci ildən “Alanyaspor”un sıralarında olan Vüqar Bağırov I Liqa təmsilçisindən təklif alıb.

“Difai”də baş məşqçi postunda Elgiz Kərəmlini əvəz edən Adil Mahmudov yaxından tanıdığı futbolçunu sərəncamında görmək istəyir.

Oktyabrda 18 yaşı tamam olacaq forvardla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

“Alanyaspor”un əsas komandasına yol tapmağın çətinliyini anlayan Bağırov I Liqada top qovmaqla Premyer Liqa təmsilçilərinin diqqətini çəkməkdə maraqlıdır.

Vaxtilə “Qarabağ”ın sıralarında olan, 3 il əvvəl “Saburtalo”nun (Gürcüstan) şərəfini qoruyan futbolçu Azərbaycanın U-17 millisinin formasını geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti