COP29

Son çempion beş legioner transfer etdi, ikisinin xidmətindən məhrum oldu

18 Sentyabr 19:40 I Divizion 782
Son çempion beş legioner transfer etdi, ikisinin xidmətindən məhrum oldu

"Baku Sportinq" mövsümə parlaq qələbə ilə başladı.

Tovuzda "İmişli"nin qonağı olan Buzovna təmsilçisi 0:1 geridə olduğu matçda geridönüş etməyi bacardı - 2:1.

Bakılılar mövsümün ilk görüşünü 3 əcnəbi futbolçu ilə keçirdi.

Söhbət start heyətində yer alan Şahin Balejai, Elvin Valiiev və Luka Stevanoviçdən gedir.

Maraqlıdır, mövsümün əvvəli İkinci Liqanın son çempionu rəsmi hesabından 5 legionerin transferini açıqlamışdı.

Gəlmələrin siyahısında ilk turda meydandan olanlardan başqa müdafiəçi Nikita Tarbyakov və hücumçu Uroş Yemoviç də vardı.

Bəs onlar hardadır? Niyə birinci turda "18-lik"də belə yer almayıblar?

Sorğumuza cavab olaraq klubdan bildirildi ki, adıçəkilən legionerlə düşərgədədir. Hazırlıqda normal qaydada iştirak edirlər.

Sadəcə sənədlərində problem var. Həlli istiqamətində iş gedir.

Yalnız ondan sonra hər iki legioner də baş məşqçinin sərəncamında olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!