COP29

Premyer Liqa klubunun başqanından BÖYÜK JEST!

22 Sentyabr 17:45 I Divizion 831
Premyer Liqa klubunun başqanından BÖYÜK JEST!

Binə stadionunda təmir işlərinin aparılması səbəbindən MOİK ev oyunlarında rəqiblərini Lökbatan Olimpiya Kompleksinin stadionunda qəbul edir.

Amma ordu klubu gündəlik məşqlərini Sumqayıtda keçirir.

Komanda "Kapital Bank Arena"nın yardımçı meydançasından istifadə edir.

Seçimin belə edilməsi səbəbsiz deyil.

Komanda bu yolla əlavə xərcdən azad olub.

Belə ki, "Sumqayıt"ın rəhbəri Riad Rəfiyev Premyer Liqa klublarından fərqli olaraq, sahib olduqları stadionun xidmətindən istifadə edən Birinci Liqa təmsilçisinə jest edib.

O, stadionu təmənnasız "hərbiçilər"in ixtiyarına verib.

Burada həftədə 5 dəfə məşqə çıxan MOİK qarşılığında heç bir ödəniş etmir.

Eyni mənzərə artıq 2 aya yaxındır davam edir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti