COP29

Bu liqada papaq altında yatan oğlan(lar) var, görün onları - VİDEO+FOTOREPORTAJ

15 Sentyabr 23:45 I Divizion 572
Bu liqada papaq altında yatan oğlan(lar) var, görün onları - VİDEO+FOTOREPORTAJ

II Liqada «Şimal» fırtınası əsir.

Region Liqasının qalib olaraq çempionata vəsiqə qazanan Xaçmaz klubu burada rəqib tanımır.

Açılış turunda Göygöl səfərindən 3:2 hesablı qələbəylə dönən şimallıların növbəti «qurban»ı «Ağdaş» olub. Siyəzən stadionunda keçirilən görüş ikincilərin biabırçı məğlubiyyəti ilə yekunlaşıb.

Nominal ev sahibləri qonaqların qapısından nə az, nə çox, düz 8 cavabsız top keçirib. «Şamaxı» və «Zirə»dən tanıdığımız Pərviz Azadov dubla imza atıb.

Ceyhun Kəlbəliyev het-trik müəllifi olub. İlk hissədə 5 dəfə fərqlənən «göylər» fasilədən sonra da dayanmayıb.

Müqavimət gücü olmayan, hər mənada zəif görünən, rəqib qapısına yaxınlaşa bilməyən «Ağdaş» buraxdığı qollara görə utanmalıdır.

Qeybulla Kaçayev bu matçda sübut etdi ki, II Liqada papaq altında yatan oğlanlar var, onları tanımaq və üzə çıxarmaq lazımdır, sadəcə. Onun vurduğu qolu Premyer Liqada çalışan məşqçilər izləsə, üzüyünün qaşı düşməz.

Sizə qol deyirik, qol! Şahlar Sədiyevin son nöqtəni qoyduğu epizodu da incələməyə dəyər.

Ağdaşlıların qapıçısı Ümid Paşayevin ayağına gələn topu uzaqlaşdırmayıb rəqib oyunçunu aldatmaq istəməsi bizə həm qəribə, həm də müəmmalı gəlir.

Görəsən, o, bu anda özündən «fokus» çıxarmaqla nə demək istəyirdi?

SPORTİNFO.AZ

Siyəzən şəhər stadionu. 60 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Nurlan Əhmədzadə, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Sənan Bayramzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Elmar Yəhyabəyov, 20 (qeyri-idman hərəkəti); Pirverdi Seyidov, 26 (qeyri-idman hərəkəti); Şahlar Sədiyev, 69 (qeyri-idman hərəkəti); Məhəmməd Ağayev, 76 (qeyri-idman hərəkəti) // Aqşin Yaqubov, 84 (qeyri-idman hərəkəti)
Qollar: Pərviz Azadov, 19, 53; Ceyhun Kəlbəliyev, 31, 43, 45+1; İbrahim İmamhüseynov, 73; Qeybulla Kaçayev, 80; Şahlar Sədiyev, 88
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - yoxdur.

“Şimal”

12. Ağaseyid Qasımov
18. Tural Cəlilov (k)
(4. Ülvi Zeynalov, 75)
10. Elmar Yəhyabəyov
5. İqrar Səmədov
7. Emin Əskərov
(22. İbrahim İmamhüseynov, 62)
14. Sabir Əlişan
16. Amil Məmmədov
27. Pərviz Azadov
(9. Şahlar Sədiyev, 56)
44. Tofiq Nəsibov
8. Pirverdi Seyidov
(13. Qeybulla Kaçayev, 56)
77. Ceyhun Kəlbəliyev
(6. Məhəmməd Ağayev, 62)
Ehtiyat oyunçular:
1. Natiq Daşdəmirli
17. Cavad Hacıyev
19. Şükür Ağabəyov
Baş məşqçi: Rəcəb Mahmudov

“Ağdaş”

1. Ümid Paşayev
18. Pərvin Quliyev
(9. Oleq Xəlilov, 46)
90. Nicat Baxşiyev
(26. Taleh Yusifli, 72)
3. Səbuhi Ağayev (k)
33. Elçin Süleymanov
8. Akif Abdullayev
(21. Eşqin Vəliyev, 46)
7. Taryel Zeynalov
20. Ülvi Sarıyev
36. Şahin Həsənli
(28. Elnur Mustafayev, 23)
77. Cavid Həşimov
(24. Elvin İsmayılov, 46)
14. Aqşin Yaqubov
Ehtiyat oyunçular:
17. Revazi Otaraşvili
Baş məşqçi: Ruslan Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!