COP29

“İddailı komandayıq, amma bizdən asılı olmayan problemlər var”

14 Sentyabr 16:00 I Divizion 595
“İddailı komandayıq, amma bizdən asılı olmayan problemlər var”

İddialı heyət formalaşdıran "İmişli" mövsümə uğursuz start verdi.

Bölgə klubu Tovuz şəhər stadionunda qonaq etdiyi "Baku Sportinq"dən şok məğlubiyyət aldı - 1:2.

Komandanın ən təcrübəli siması Tərlan Quliyev Sportinfo.az-a açıqlamasında gözlənilməz yenilgi barədə danışıb:

"İlk oyun idi. Əslində pis də keçirmədik. Üstünlük bizim tərəfimizdə idi.

Diqtə edən tərəf biz idik. Amma bu futboldur. Rəqib 2 hücumda 2 qol vurdu. B

izim 10 qol fürsətindən 1-i qol oldu. Qarşıda 26 tur var. Nəticə çıxarıb gələcək oyunları düşünəcəyik".

Kapitan üzücü startdan sonra düşərgədə yaşanan ab-havadan da söz açıb:

"Kollektivdə ab-hava yaxşıdır. Mövsümə yaxşı hazırlamışdıq.

Sadəcə, bizdən asılı olmayan problemlər var. Doğma meydanda çıxış edə bilmirik.

Bunun özü də bir çətinlikdir. Başqa problemlər də yox deyil.

Məsələn, yeni yaranmış komandadır. 16-17 nəfər yenidir. Hətta məşqçilər korpusu da yenidir.

İddialı komanda formalaşıb. Düzəldilməli çox şeylər var. İnşallah, daha yaxşı olacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?