COP29

"Qəbələ"nin aşağı liqada ikinci mövsümü belə başladı - VİDEO

14 Sentyabr 08:40 I Divizion 597
"Qəbələ"nin aşağı liqada ikinci mövsümü belə başladı - VİDEO

I Liqada 1-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, ötən mövsüm Premyer Liqada sonuncu olan "Qəbələ" burada ilk oyununa çıxıb.

Kaxaber Sxadadzenin komandası Qəbələ şəhər stadionunda "Zaqatala" ilə qarşılaşıb və 0:0 hesablı bərabərə qalıb.

Bu, "Qəbələ"nin aşağı liqada ikinci mövsümüdür. Debütü 2005-2006-cı illər mövsümünə təsadüf edən "qırmızı-qaralar" birinci divizionun (indiki 1-ci Liqa) ilk turunda "Şərur"la qarşılaşıb.

2005-ci il sentyabrın 21-də keçirilən görüşdə "Qəbələ" 8:0 hesabı ilə qalib gəlib.

Qəbələ şəhər stadionu. 500 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Rəhman Aslanov, Samir Qaracayev
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Urfan İsmayılov, 16 (qeyri-idman hərəkəti) // Asim Babazadə, 9 (qeyri-idman hərəkəti); Stenli Okezi, 17 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

“Qəbələ”

1. Səlahət Ağayev (k)
32. Elvin Yunuszadə
8. Urfan İsmayılov
(6. Emil Süleymanov, 76)
13. Nicat Əliyev
19. Abdullahi Şuaybu
74. Süleyman Damadayev
5. Samir Həsənov
14. Domi Massumo
(11. Asif Məmmədov, 62)
23. Mehrac Baxşalı
10. Şahin Şahniyarov
27. Eşqin Əhmədov

Ehtiyat oyunçular:

12. Müşfiq Nadirov
94. Həbib Hüşənov
4. Vüqar Həsənov
22. Fərid İsgəndərov
66. Nuğay Rəşidov
26. Elnur Mustafayev

Baş məşqçi: Kaxaber Tsxadadze

“Zaqatala”

12. Həsən Həsənli
9. Asim Babazadə
(27. Mahmud Məmmədov, 67)
77. Sərxan Abdullayev
55. Mətin Qəhrəmani
10. Rüstəm Nuruyev (k)
99. Cəlal Cəbrayılov
(19. Yusif Dilanov, 82)
24. Cavad Qurbanlı
20. Nemət Şıxəmirov
17. Stenli Okezi
(7. Əbu Sufyan Vaddu, 46)
11. Aşqin Abazərov
(33. Kənan Müslümov, 46)
15. Jan Pol Assumu
(14. Davud Mahmudov, 90+1)

Ehtiyat oyunçular:
1. Sərdar Sərdari
44. İbrahim Məmmədov
Baş məşqçi: Rüstəm Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?