COP29

"Həm yerlilər, həm də legionerlərlə danışıqlar aparırıq"

11 Sentyabr 20:40 I Divizion 578
"Həm yerlilər, həm də legionerlərlə danışıqlar aparırıq"

«Əlimizdə olan futbolçularla ilk oyundan uğurlu nəticə gözləyirik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin baş məşqçisi Elgiz Kərəmli deyib.

Qarabağ qazilərinin təmsilçisi sabah I Liqada ikinci mövsümə start verəcək. «Fədailər» açılış turunda «Cəbrayıl»la üz-üzə gələcək.

Gənc mütəxəssis hədəflər barədə bunları söyləyib:

«Son iki yoldaşlıq görüşlərini «Sportinq Bakı» və «Sabah»ın əvəzedici komandasına qarşı keçirdik. Burada 6-7 yeni oyunçu baxışda oldu.

Yoxlama görüşləri olmasına baxmayaraq, qələbə qazanaraq komandada özünəinam yaratmağa çalışdıq. Seleksiya işlərimiz hələ də davam edir.

Bəzi mövqeləri gücləndirmək üçün furbolçularla danışıqlar artıq son mərhələdədir. Bunların arasında həm yerlilər, həm də legionerlər var.

Onların keçidini həll edib, transfer işlərimizi yekunlaşdırmaq, bununla komandanı komplektləşdirmək niyyətindəyik.

Zədəli və sənədləşməsi gecikən futbolçuların çoxluğuna görə komanda hələ də tam komplektləşməyib. Müəyyən çətinliklərimiz var.

Bəzi oyunçular ötən mövsüm aldığı zədələrə görə hələ də komandaya qoşulmayıb.

Yenə də ümid edirik ki, bu çətinlikləri arxada qoya biləcəyik. Klubumuzun rəhbərliyi mövcud imkanlar daxilində əlindən gələni eləyir.

Prezidentimiz Asəf Məlikova minnətdarıq ki, problemlərin həllində köməkliyi göstərir. Onun etimadını doğrultmaq istəyirik».

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?