COP29

PFL nazirlik klubunun hansı istəyinə qarşı çıxıb?

10 Sentyabr 11:40 I Divizion 803
PFL nazirlik klubunun hansı istəyinə qarşı çıxıb?

Binə stadionunda ötən ay başlayan təmir hələ başa çatmayıb.

Arenanın süni örtüyü yenisi ilə əvəzlənir.

İdman qurğusunda gedən təmir meydançanın xidmətindən ötən mövsüm istifadə edən MOİK-in işini bir xeyli çətinləşdirib.

Növbəti həftə Birinci Liqada yeni mövsüm start götürəcək.

Ordu klubu rəqiblərini Sumqayıtda yerləşən "Kapital Bank Arenan"ın yardımçı meydançasında qəbul etməyi planlaşdırırmış.

Lakin Peşəkar Futbol Liqası klubun bu istəyinə qarşı çıxıb.

Çempionatın təşkilinə cavabdeh olan qurum tribunalarla meydança arasında digər meydançaların olmasını əsas gətirərək burada matçların keçirilməsinə icazə verməkdən imtina edib.

Çarəsiz qalan Bakı təmsilçisi Lökbatan Olimpiya Kompleksinin stadionuna üz tutub.

"Mingəçevir"lə ilk ev qarşılaşması burada baş tutacaq.

Ancaq MOİK rəhbərliyi burada çox qalmaq fikrinə deyil.

Digər variantlar götür qoy edilir.

Böyük ehtimal kollektiv növbəti ev oyunlarını paytaxtdakı arenalardan birində keçirəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar