COP29

Anlaşılmaz qərar! Bu klub da Tovuza köç etdi

7 Sentyabr 16:00 I Divizion 4 521
Anlaşılmaz qərar! Bu klub da Tovuza köç etdi

Azərbaycan Birinci Liqasında yeni mövsüm qarşıdakı həftə start götürəcək.

Artıq ilk turun oyun cədvəli Peşəkar Futbol Liqası tərəfindən ictimaiyyətə açıqlanıb.

Və məlum olub ki, "İmişli" ev oyunlarını Tovuz şəhər stadionunda qəbul edəcək.

Buna bölgə klubunun rəhbərliyindən növbəti anlaşılmaz qərarı da deyə bilərik.

İmişli şəhər stadionunda yenidənqurma işləri aparıldığından klub rəqiblərini başqa meydanda qəbul etmək məcburiyyətindədir. Kənara çıxma anlaşılandır.

Daha qonşuluqda yerləşən Saatlı Olimpiya Kompleksinin Stadionu, münasib yaxınlıqda yerləşən Yevlax şəhər stadionu, Şamaxı şəhər stadionu varkən, Tovuza getməyə nə ehtiyac vardı?

Adlarını çəkdiyimiz hər iki arena Birinci Liqa meyarlarına tam cavab verir.

Tovuz İmişlidən təxminən 300 km məsafədə yerləşir. Deməli, hər matça 1 gün əvvəldən yollanmaq mütləqdir. Əlavə xərclər qaçılmaz olacaq.

Hər dəfə ev oyunu keçirmək üçün bu qədər məsafəni qət etmək təkcə oyunçulara əzab vermək deyil, həm də azarkeşləri görməzdən gəlməkdir.

Bilirik ki, İmişlinin ev oyunlarında hər zaman çox sayda tərəfdar cəm olurdu.

Bu mövsüm iddialar böyüyüb, büdcə artırılıb, bir sıra ödənişli transferlər edilib.

Təbii ki, çempionluq yolunda ilk gündən azarkeşlərin kollektivin yanında olması yerinə düşərdi.

Əgər rəhbər şəxslərin stadionla bağlı yer seçimi yersiz olmasaydı.

İmişlidə Saatlıya 30 dəqiqəyə, Yevlaxa, Şamaxıya maksimum 1,5 saat qət edib oyunu izləmək üçün getmək olardı.

Tovuzun yolunu tutmaq üçün fanatlar ən azı 4-5 saatından keçməli, əlavə xərcə qatlaşmalıdır.

Maraq üçün bildirək ki, Gəncə şəhər stadionu yenidən qurulduğu üçün "Kəpəz" də rəqiblərini Tovuz şəhər stadionunda qəbul edir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti